Ümumi məlumat

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin İkinci Kənd Təsərrüfatı İnkişafı və kreditləşdirilməsi Layihəsi üzun müddətdir ki, uğurlu fəaliyyətini davam etdirir. Layihə Azərbaycan Dövləti və Dünya Bankı tərəfindən təsis edilmişdir.
Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi-II

Maliyyələşmə mənbəyi:
Ümumi məbləğ-56,77 mln. ABŞ dolları
BİA-28,53 mln.ABŞ dolları
Azərbaycan Hökuməti-11,21 mln. ABŞ dolları
Yapon Qrantı-1,6 mln.ABŞ dolları
Benefisiarlar-4,51 mln.ABŞ dolları
Revolver Fondu-9,56 mln.ABŞ dolları

Müddət:2007-2010
Cəmi kredit xətti:  9,6 mln. ABŞ dolları (İKA tərəfindən veriləcək mikro kreditlər üçün nəzərdə tutulmuşdur)





Əsas məqsəd fermerlərin və kiçik və orta sahibkarların maliyyə, məsləhət və baytarlıq xidmətlərindən yararlanma imkanlarının genişləndirilməsi və kənd yerlərdə bazar təmayüllü investisiyaların stimullaşdırılması vasitəsilə məhsuldarlıq və gəlirlərin daha da artırılmasıdır. Bu layihə KTİKL I-nin nəticələrinə əsasla­naraq və birinci mərhələ ərzində yaradılmış kredit ittifaqları sisteminin gücləndirilməsini və emal sənayesi üçün məqsədəmüvafiq olan kommersiya maliyyə xidmətlərinin stimullaşdırılmasını, KTİKL I çərçivəsində yaradılmış kənd məsləhət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsini, seçilmiş kənd təsərrüfatı tədqiqat institutlarının müasirləşdirilməsi yolu ilə müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin genişləndirilməsi, istehsalçılara və emal­çılara istehsal edilmiş məhsulun satışda və keyfiyyətinin yüksəldilməsində yardı­mın göstərilməsini əhatə edəcək.

kataloq